ABŞ hərbçiləri ölkənin "Boeing" şirkəti ilə İsrailə "F-15" qırıcı təyyarələrinin tədarükü üçün 8.57 milyon dollarlıq müqavilə imzalayıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ABŞ Hərb Nazirliyinin saytında yerləşdirilən məlumatda bildirilib.
Məlumata görə, müqavilə İsrail Hərbi Hava Qüvvələri üçün 25 yeni "F-15IA" qırıcı təyyarəsinin hazırlanmasını, inteqrasiyasını, quraşdırılmasını, sınaqdan keçirilməsini, istehsalını və çatdırılmasını nəzərdə tutur.
Razılaşma tədarük edilən təyyarələrin sayının 25 ədəd artırılması imkanını ehtiva edir.
Pentaqon "Boeing" şirkətinin 2035-ci ilin sonuna qədər müqavilə üzrə öz öhdəliklərini yerinə yetirəcəyini gözləyir.