Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Pentaqon rəhbəri Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmasını mümkünsüz adlandırıb](https://images.oxu.az/2025/02/12/DXi1KRH9Q5owJbhlBaopOrAuPCp028GPFV1YDYN8:1200.jpg)
Pentaqon rəhbəri Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmasını mümkünsüz adlandırıb
"Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmaq cəhdləri real olmayan bir məsələdir".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset Brüsseldə Ukraynaya silah tədarükünü əlaqələndirən Qərb təmas qrupunun iclasında bildirib.
"Biz də sizin kimi suveren və firavan Ukrayna istəyirik. Lakin buna, Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmağın qeyri-real məsələ olduğunu dərk etməklə başlamalıyıq", - ABŞ hərbi departamentinin rəhbəri vurğulayıb.
O, əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp birgə səylərlə sülhə nail olmağa ümid edir.
Bundan əlavə, ABŞ hökuməti böhranın nizamlanması nəticəsində Ukraynanın NATO-ya daxil olmasını qeyri-real hesab edir.
"Pit Heqset" teqi üzrə xəbərlər
- ABŞ NATO-dan çıxacaq?
- Pentaqon rəhbəri: "Çin ABŞ-nin dünyada hökmranlığını sarsıtmaq istəyir"
- Pentaqon rəhbəri Meksika narkokartellərinə qarşı xüsusi hərbi əməliyyatların anonsunu verdi
- Pentaqon rəhbəri Panama kanalına görə hərbi müdaxilə ehtimalını istisna etmədi
- ABŞ İsrailə özünümüdafiə məsələlərində tam dəstəyə zəmanət verib
Rəylər