Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Peru prezidentinin evində bahalı saatlara görə axtarış aparılıb - VİDEO
Peru prokurorları prezident Dina Boluartenin paytaxt Limanın Surkilo rayonundakı evində axtarış aparıblar.
Axtarış mümkün qeyri-qanuni varlanma və bəyan edilməmiş dəbdəbəli saatların saxlanması ilə bağlı araşdırma çərçivəsində aparılıb.
Polisin tələblərinə heç kim cavab vermədiyi üçün evin qapısı sındırılıb. Basqın zamanı Boluarte evdə olmayıb.
Qeyd edək ki, iki həftə əvvəl prokurorlar prezidentin bir neçə “Rolex” saatına sahib olması ilə bağlı mətbuatda yayılan məlumatlarla bağlı ilkin araşdırmaya başlayıblar. İstintaq rəsmi ittihamlar üçün əsasların olub-olmadığını müəyyən etmək məqsədi daşıyır.
Boluarte “Rolex” saatının sahibi olduğunu etiraf edib. Özünün dediyinə görə, onları gəncliyindən qazandığı pulla alıb.
Mənbə: octagon.media
Rəylər