Peterburq LGBT fəalları avqust ayının 2-də Hava Desant Qoşunları (HDQ) günündə yürüş keçirmək üçün ərizə veriblər.
Oxu.Az xəbər verir ki, bu barədə “Russkaya slujba novostey” radiostansiyasının efirində “Bərabərlik” LGBT təşkilatının rəhbəri Yuri Qavrikov danışıb.
Tədbirin Marsovi poledə keçirilməsi planlaşdırılır. Təşkilatda parada 600 nəfərin gələcəyi gözlənilir.
“Özümüzlə qaz balonları və ya digər müdafiə vasitələri götürmək olmaz, əhali ilə qarşıdurmadan qorxmuruq. Ümid edirik ki, polis sakitliyi təmin edəcək”, - Qavrikov qeyd edib.
Qavrikovun sözlərinə görə, yeni ərizədə fəallar Smolninin tələblərini nəzərə alaraq nikahların bərabərhüquqlu olmasına və cəmiyyətdə homofobiyanın kütləvi şəkildə artmasına dair şüarlardan imtina ediblər. Bu tezislər ucbatından şəhər hakimiyyəti “VI Sankt-Peterburq paradı”nın yürüşünün 25 iyul tarixində keçirilməsini müzakirə etməkdən imtina ediblər. Məmurlar öz qərarlarını parad iştirakçılarının “Uşaqların səhhət və inkişafına zərər verən informasiyadan müdafiəsi” barədə qanunu pozmaları ilə əsaslandırıblar.