Əfqanıstanın şimal-qərbində partlayış nəticəsində 19 nəfər ölüb, daha 32 nəfər yaralanıb.
Oxu.Az “Khaama Press” agentliyinə istinadən xəbər verir ki, partlayıcı qurğunu Faryab vilayətinin Alamar rayonunda insanların çox olduğu bazarların birində terrorçu-kamikadze işə salıb.
Onun hədəfi yaxınlıqda yerləşən Əfqanıstan təhlükəsizlik xidmətininv əməkdaşlarının postu olub.
“Reuters”in məlumatına görə, ölənlərdən beşi hərbiçidir. Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib