Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Pike korrupsiyada şübhəli bilinir
İstintaq Məhkəməsi İspaniya Kral Futbol Federasiyası (RFEF) ilə korrupsiya əməliyyatlarında şübhəli bilinən “Barselona”nın keçmiş müdafiəçisi Jerar Pikenin 89 bank hesabı ilə bağlı məlumatları tələb edib.
Məhkəmə bank hesablarından başqa, keçmiş futbolçunun 27 şirkəti barədə məlumatları da istəyib.
Bildirilib ki, İspaniya Superkubokunun təşkili hüquqlarının Səudiyyə Ərəbistanına verilməsində Pikenin “Kosmos” şirkəti vasitəçilik edib. Bu, hazırda iş üzrə araşdırma aparılan ən mübahisəli müqavilələrdən biridir.
Bununla əlaqədar olaraq, məhkəmə keçmiş futbolçunun hesabları üzrə bütün bank əməliyyatlarını öyrənmək niyyətindədir.
Qeyd olunub ki, sabiq RFEF prezidenti Luis Rubiales altı il ərzində İspaniya Superkubokunu Səudiyyə Ərəbistanında keçirtdiyi üçün Pikeyə 24 milyon avro ödəməsi məqsədilə Ər-Riyad hakimiyyətinə təzyiq göstərib. O bəyan edib ki, məbləğ ödənilməsə, turnirin bu ölkədə keçirilməsi dayandırılacaq.
Mənbə: championat.com
Rəylər