Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Pis hava şəraiti Hindistanda azı 50 nəfərin həyatına son qoyub
Hindistanın şərqindəki Bihar ştatında ildırım vurması nəticəsində azı 25 nəfər həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə PTI agentliyi məlumat yayıb.
Ştatın baş nazirinin ofisindən verilən açıqlamaya görə, Naland rayonunda 18 sakin, digər rayonlarda isə bir neçə nəfər həlak olub.
Yerli "Rashtriya Janata Dal" partiyasının lideri Tedjaşvi Yadav "X" sosial şəbəkəsindəki paylaşımında isə bildirib ki, regiondakı fırtına, yağış, şimşək, ağacların aşması azı 50 nəfərin həyatına son qoyub.
"Hindistan" teqi üzrə xəbərlər
- Hindistandan maraqlı görüntülər: Balasını qoruyan ana ayı pələnglə mübarizəyə çıxdı
- Tramp "Apple"ı hədələdi: 25%-lik rüsum gəlir
- Hindistanda qəzəbli izdiham "Qırmızı kitab"a düşmüş pələngi vəhşicəsinə öldürdü
- Modi Pakistanı hədələdi
- Havada qorxulu anlar: Hindistanda sərnişin təyyarəsi zədələnmiş burunla eniş etdi
Ən çox oxunanlar