“Pixar” animasiya studiyası bir çarxda cizgi filmlərində bir-biri ilə əlaqəli olan səhnələri birləşdirib.
Oxu.Az xəbər verir ki, bu barədə yanvarın 18-də “The Independent” məlumat yayıb.
Klipdə bir cizgi filminin qəhrəmanları digər filmlərin personajı və ya dekor elementinə çevrilir.
Videoda əsasən, “Tapmaca”, “Yaxşı dinazavr”, “Monstrlar korporasiyası”, “Cəsur ürək”, “Arabalar”, “Yuxarı!”, “Super ailə”, “Ratatuy”, “VALL-İ”, “Nemonun axtarışında” və “Oyuncaqların əhvalatı” trilogiyası yer alır.
N.O.
www.oxu.az