Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, Minskdəki danışıqlardan yaxşı xəbər yoxdur. O, Rusiya tərəfinin bəzi təkliflərini “qəbuledilməz” adlandırıb.
“Təəssüflər olsun ki, hələ yaxşı xəbərlər yoxdur. İndiyə heç bir xəbər yoxdur. Hələ də ümid var”, deyən Poroşenko Rusiya tərəfinin bəzi “qəbuledilməz şərtləri”nin olduğunu bəyan edib.
Bu barədə Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
Minskdə keçirilmiş “normand dördlüyü” görüşünün nəticələrinə əsasən, Rusiya, Fransa, Ukrayna prezidentləri və Almaniya kansleri tərəfindən Donbassdakı münaqişənin həll olunması üzrə sənədin imzalanması gözlənilir.
Danışıqlara yaxın olan mənbə RİA Novosti-yə bildirib ki, “normand dördlüyü” böyük irəliləyiş əldə edib. Mənbənin sözlərinə görə, yekun sənədin 80%-i razılaşdırılıb və 10-dan artıq maddədən ibarətdir. İmzalanmadan sonra sənəd vasitəçi qrupa təqdim olunacaq.
www.oxu.az