Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Portuqaliyada parlament buraxıldı
Portuqaliya Prezidenti Marselu Rebelu de Souza ölkə Assambleyasının (birpalatalı qanunverici orqanın) buraxılması haqqında fərman imzalayıb.
Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verir.
"Prezident Assambleyanın buraxılması və mayın 18-nə qanunverici orqana seçkilərin təyin edilməsi haqqında fərman imzalayıb", - deyə məlumatda deyilir.
Qeyd edək ki, qarşıdan gələn seçkilər son üç ildə üçüncü olacaq.
Prezidentin parlamenti buraxmaq qərarı deputatların fevralın 11-də başlayan siyasi böhran fonunda Baş nazir Luiş Monteneqrunun rəhbərlik etdiyi hökumətə etimad göstərməkdən imtina etməsindən sonra verilib.
"Portuqaliya" teqi üzrə xəbərlər
- Üç ölkə dünya çempionatı üçün xüsusi komissiyalar yaradacaq
- Körpülər, qağayılar və dumanlar şəhəri: Qədim memarlığı ilə gözoxşayan Portodan reportaj
- Kriştianu Ronaldunun şəkli pul nişanını bəzəyəcək
- Qədim tramvaylar və qırmızı fasadlı binalar şəhərindən REPORTAJ
- Dünya futbol ulduzu təyyarədə huşunu itirmiş sərnişinə kömək etdi