Heç kim Ukraynada baş verən qəzadan öz məkrli niyyətləri üçün istifadə etməməlidir.
Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin “Rossiya 24” telekanalının yayımladığı bəyanatında deyib.
“Əminliklə demək olar ki, əgər iyun ayının 28-də Ukraynanın şərqində hərbi əməliyyatlar yenidən başlanmasaydı, bu faciə də çox güman ki, olmayacaqdı”, - dövlət rəhbəri bildirib.
Putin əlavə edib ki, heç kim bundan öz məkrli siyasi məqsədlərinə çatmaq üçün istifadə etməməlidir.
“Belə hadisələr insanları ayırmamalı, əksinə birləşdirməlidir”, - Putin vurğulayıb.