Rusiya prezidenti Vladimir Putin Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında böhranın öhdəsindən gələcəyinə ümid etdiyini bildirib.
Bu barədə Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
“Ümidvaram ki, sizin rəhbərliyiniz altında türk xalqı bu problemin öhdəsindən gələcək və qayda-qanun bərpa ediləcək”, - o, Ərdoğanla görüş zamanı bildirib.
15:45
Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Ərdoğana zəng edən ilk dünya liderlərindən olmuşam.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşdə bildirib.
“Dövlət çevrilişi ilə əlaqədar yaranan daxili siyasi böhranın öhdəsindən gəlməyə dair prezidentə dəstək verənlərdən birincilərdən idim”, - Putin Strelnedə Konstantinov sarayında Ərdoğan ilə görüşdə bildirib.