Rusiya prezidenti Vladimir Putin emosional gərginliyin səviyyəsini ölçən elektron qolbağı sınaqdan keçirib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bu hadisə Strateji Təşəbbüslər Agentliyinin Müşahidə Şurasının iclasında baş verib.
Prezident qolbaqdan dərhal baş çıxara bilməyib. Bu məsələdə köməkçisi Andrey Belousov onun köməyinə çatıb.
Bildirilib ki, Rusiya istehsalı olan qurğunun stressin səviyyəsini ölçməsi üçün 30 dəqiqə gözləmək lazım gələcək. “30 dəqiqədən sonra yuxuya gedərsən və stress minimal səviyyəyə düşər”, - deyə Putin zarafatla cavab verib.
S.S.
www.oxu.az