Qazaxıstanda radikalları dəstəkləmək üçün Suriyaya getmək istəyən “İslam dövləti”nin iki tərəfdarına hökm oxunub.
Oxu.Az bu barədə İnterfaks-a istinadən xəbər verir.
Potensial ekstremistləri beş il müddətinə azadlıqdan məhrum ediblər, bunu Atıraus vilayət məhkəməsinin mətbuat xidmətindən bildiriblər. Onlardan biri yetkinlik yaşına çatmadığı üçün cəzasını tərbiyə müəssisəsində çəkəcək.
Hər iki cinayətkar günahlarını etiraf ediblər. Onlardan biri Yaxın Şərqdə yaraqlılarla əlaqə yaradaraq, İD tərəfdarının “Allah yolunda cihad üçün kafirlərin malını mənimsəyərək xərcləməyin mümkünlüyünü soruşduğunu və müsbət cavab aldığını” dəqiqləşdirdiyini bildirib.