Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qazaxıstanlı yeniyetmə "Telegram"da dələduzluq yolu ilə pul əldə edib
Qazaxıstanın paytaxtı Astanada "Telegram" sosial şəbəkəsi vasitəsilə abunəçiləri aldadaraq pul əldə edən yeniyetmə saxlanılıb.
Oxu.Az bu barədə Polisia.kz portalına istinadən xəbər verir.
Polisin açıqlamasına görə, fırıldaqçı əvvəl ən çox abunəçisi olan məşhur "Telegram" kanallarını icarəyə götürüb.
Daha sonra yeniyetmə dələduz püşkatma bəhanəsi ilə "Ən çox pul atan, qalib olacaq" başlığı ilə yazılar dərc edib və elanlar yerləşdirib. O, bu vasitə ilə 500 min tenqe (1 000 ABŞ dolları) ələ keçirib.
Artıq hüquq-mühafizə orqanları cinayəti törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.
Faktla bağlı dələduzluq maddəsi ilə cinayət işi açılıb.
"Qazaxıstan" teqi üzrə xəbərlər
- Qazaxıstan prezidentindən kadr dəyişikliyi: Yeni milli iqtisadiyyat naziri təyin edildi
- Darxan Kıdırali: "Birlikdə TÜRKPA-nın milli komissiyalarında modul qanunlar yaradırıq"
- Maltada Azərbaycan və Qazaxıstan XİN rəhbərləri arasında görüş keçirilib
- Makron Azərbaycandan ala bilmədiyini Mərkəzi Asiyada istəyir: Keçmiş xüsusi nümayəndə iş başında
- Qazaxıstan Putinin səfərinə görə hərbi aviasiyanı səfərbər edir
Rəylər