2023-cü ilin oktyabrından bəri hərbi əməliyyatlarda 1 150-dən çox İsrail əsgəri həlak olub.
Oxu.Az "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, həlak olanlar içərisində əsgərlərdən əlavə polis zabitləri və daxili təhlükəsizlik xidmətinin (Şin Bet) əməkdaşları da var.
Xatırladaq ki, HAMAS-ın İsrailə 2023-cü il 7 oktyabr tarixli hücumundan sonra İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.