Qüdsdə İsrailin sabiq prezidenti Şimon Pereslə vida mərasimi keçirilir.
Oxu.Az İsrail KİV-nə istinadən xəbər verir ki, mərhum Şimon Peresin tabutu Qüdsə bu gün səhər çatdırılıb.
Mərhum dövlət başçısının tabutu İsrail ordusunun 6 generalının müşayiəti ilə açıq hərbi avtomobillə parlamentin binasına gətirilib.
İsrail prezidenti Reuven Rivlin, baş nazir Binyamin Netaniyahu, parlamentin sədri Yuli Edelşteyn, parlamentdəki müxalifətin başçısı İtshak Gertsoq 9-cu prezidentin tabutunun önünə gül dəstəsi və əklil qoyublar.
Sentyabrın 30-da Şimon Peres ilə vida mərasimində iştirak edəcək qonaqlar artıq bu gündən İsrailə gəlirlər.
Aeropotlara nəzarət idarəsindən mərasim iştirakçılarının olduğu ən azı 60 təyyarənin gələcəyinin gözlənildiyi bildirilib.
N.O.