Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Rəcəb Tayyib Ərdoğan Fətullah Gülənin ölümündən DANIŞDI
"Törətdikləri cinayətlərin, yoldan çıxardıqları insanların, beyinlərini yuduqları gənclərin, şəhid qanlarının hesabını ödəmədən bu dünyadan getdilər, lakin ilahi ədalətdən qaça bilməyəcəklər. Allahın əzabı şiddətlidir".
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının iclasında FETÖ lideri Fətullah Gülənin ölümünə münasibət bildirirkən deyib.
Ərdoğan Güləni baş satqın adlandırıb: "Onun ölümü şəhidlərimizin ailələrinin ürəyinə bir az da olsa su səpdi".
R.T.Ərdoğan əlavə edib ki, rəhbərlik etdiyi dövlət heç vaxt qəyyumluğa, mafiyaya, terror təşkilatlarına, ədalətsizliyə, qanunsuzluğa boyun əyməyəcək.

"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- "Mixaylo" ləqəbli şəhid Mühüd Orucov - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı
- Taxıl sazişi üzrə görüşün mümkün yeri məlum olub
- Ərdoğan: "Son 10 gündə baş verən küçə terroru soyğunçuluğu ört-basdır etmək cəhdidir"
- Ərdoğan: "Türkiyə Azərbaycanda sülhə və təhlükəsizliyə önəmli töhfə verir"
- Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik etdi