Braziliyanın Rio-de-Janeyro ştatının hökumət qurumları hüquq-mühafizə orqanlarının yerli cinayətkar dəstələrə qarşı əməliyyatı nəticəsində 132 nəfərin ölümünü təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə yerli G1 portalı məlumat yayıb.
Ölənlər arasında yalnız cinayətkar dəstə üzvləri və polis məmurları deyil, həm də dinc sakinlər də var.
Xatırladaq ki, oktyabrın 28-də Rio-de-Janeyro polisi əsasən şəhərin şimal hissəsində cinayətkar dəstələri zərərsizləşdirmək üçün yeni əməliyyata başlayıb. Əməliyyatda 2 500-dən çox hüquq-mühafizə orqanı əməkdaşı iştirak edib. Məlumata görə, 80-dən çox narkotik mafiyası üzvü saxlanılıb və 50-dən çox narkotik qaçaqmalçısı zərərsizləşdirilib.