Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rumıniya FKSB-nin "Qarabağ" üzərində qələbəsi sayəsində UEFA reytinqində irəlilədi
Avropa Liqasında son oyun günündən sonra ölkələrin UEFA reytinqi - əmsallar cədvəli yenilənib.
Oxu.Az xəbər verir ki, Liqa mərhələsinin VII turunun matçları cədvəldə bəzi dəyişikliklərə səbəb olub.
"Qarabağ" evdə FKSB-yə 2:3 hesabı ilə uduzduğu üçün xal ehtiyatımız artmayıb və ölkəmiz 28-ci pillədə qalıb. Hazırda hesabımızda 19.625 xal var.
Xatırladaq ki, cari mövsümün qazancı 2.875 xala bərabərdir. Ölkə reytinqi üçün "Zirə" və "Qarabağ"ın hər biri 1.250 xal, "Sabah" klubu 0.250 xal, "Sumqayıt" isə 0.125 xal əldə ediblər.
Bakıda qazanılmış qələbə sayəsində Rumıniya 25-ci yerə yüksəlib - mövsümün əvvəlində bizdən geridə olan Rumıniyanın aktivində hazırda 21.812 xal var.
Hazırda cədvəldə 27-ci olan Bolqarıstan da 19.625 xala malikdir, amma cari mövsümdə daha çox xal topladığı üçün bizdən öndədir. Bizdən geridə olan Sloveniya isə kuboklarda 2 komanda ilə təmsil olunur və hazırda 18.343 xal toplayıb.
Qeyd edək ki, cədvələ İngiltərə 102.839 xalla başçılıq edir.
"UEFA əmsallar cədvəli" teqi üzrə xəbərlər
- UEFA əmsallar cədvəli açıqlanıb: Azərbaycanın mövqeyi dəyişməyib
- UEFA-nın əmsallar cədvəli: "Qarabağ"ın qələbəsi Azərbaycanı bir pillə yüksəldib
- UEFA əmsallar cədvəli: "Qarabağ" uduzub, Azərbaycan mövqeyini qoruyub
- UEFA-nın əmsallar cədvəli: "Qarabağ"ın məğlubiyyəti Azərbaycanın geriləməsinə səbəb oldu
- UEFA-nın əmsallar cədvəli: Azərbaycanın mövqeyi dəyişməyib
Rəylər