Rumıniyada Milli Alyansın lideri Corce Simion prezident seçkisinin birinci turunda 30% səs toplayıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, hakim koalisiyanın (Sosial-Demokrat Partiya, Milli-Liberal Partiya və Rumıniya Macar Demokratik Birliyi) vahid namizədi Krin Antonesku və paytaxt Buxarestin bələdiyyə başçısı müstəqil namizəd Nikuşor Dan hər biri 23% səs alaraq ikinci yeri bölüşüblər.
Nəticə seçki məntəqələrinin bağlanmasından dərhal sonra "exit-poll" kimi açıqlanıb.
Seçici fəallığı 53.18% olub.
Rumıniyada təkrar prezident seçkisində səsvermə başlayıb.
Oxu.Az "Kommersant" nəşrinə istinadla xəbər verir ki, ölkənin bütün yaşayış məntəqələrində yerli vaxtla saat 07:00-də (Bakı vaxtı ilə saat 08:00-də - red.) seçki məntəqələri açılıb.
Seçkidə 18 milyona yaxın seçici qeydiyyatdan keçib. Rumıniya prezidenti postu uğrunda 11 namizəd mübarizə aparır.
Birinci turda qalib gəlmək üçün onlardan biri seçicilərin ən azı 50 faizinin səsini toplamalıdır. Bu baş verməsə, mayın 18-də Rumıniyada səsvermənin ikinci turu keçiriləcək. Seçki məntəqələri saat 21:00-da (Bakı vaxtı ilə saat 22:00-da - red.) bağlanacaq.
Xatırladaq ki, ötən ilin dekabrında Rumıniya Konstitusiya Məhkəməsi rusiyayönlü siyasətçi sayılan sağçı namizəd Kelin Corceskunun qazandığı seçkinin nəticələrini ləğv edib. Birinci tur yenidən təşkil olunub.