Stavropol əyalətinin əməliyyatçıları yanvarın 22-də xüsusi təyinatlı “Edelveys” dəstə üzvü Dmitri Sidorenkonun qətlində əsas şübhəli bilinən şəxsi saxlayıblar. O, 23 yaşlı Mixail Qriqoryandır.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, hərbçilər və yerli sakinlər arasında dava yanvarın 21-də Minvodda “Opera” kafesində baş verib. Əsgərlərə 25 nəfərdən ibarət dəstə hücum çəkib. Qarşıdurma zamanı naməlum şəxs bıçaqla Dmitri Sidorenkonun ürəyindən vurub. O, aldığı yaradan yerindəcə keçinib. Dmitri Sidorenkonun həyat yoldaı və azyaşlı qızı vardı. DİN-in məlumatına görə, dava məişət münaqişəsi nəticəsində baş verib.
Stavropol əyalətinin qubernatoru Vladimir Vladimirov hüquq-mühafizə orqanlarını günahkarların qısa vaxt ərzində cəzalandırmağa çağırıb. Məmur söz verib ki, istintaqın gedişini şəxsi nəzarəti altında saxlayacaq.