Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rusiya bu gündən BMT Təhlükəsizlik Şurasının sədri oldu: Gözlənilən tədbirlər
Rusiya bu gündən etibarən bir ay müddətinə BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək.
Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya xəbər verib.
Onun sözlərinə görə, Rusiya sədrliyi dövründə üç əsas tədbir planlaşdırıb.
Birinci iclasda daha ədalətli, demokratik və davamlı dünya nizamının qurulması üçün çoxtərəfli əməkdaşlıq üzrə açıq müzakirələr olacaq, Rusiya tərəfi, xüsusilə, yeni qlobal "təhlükəsizlik tənlikləri" məsələsinə toxunacaq. Tədbirin iyulun 16-da keçirilməsi planlaşdırılır.
İyulun 17-də Yaxın Şərq nizamlanması problemləri üzrə açıq müzakirələr keçirilməlidir.
İyulun 19-da BMT-nin Təhlükəsizlik Şurasının regional təşkilatlarla, yəni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Müstəqil Dövlətlər Birliyi (MDB) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlığı üzrə müzakirələri olacaq.
Mənbə: RİA Novosti
"BMT Təhlükəsizlik Şurası" teqi üzrə xəbərlər
- Səfir: "Hindistan işğal etdiyi Cammu və Kəşmirin xalqlarına işgəncələr verir"
- Dörd ölkənin lideri BMT TŞ-də islahatlar aparmağa çağırış etdi
- BMT Təhlükəsizlik Şurası Livanda peycerlərin partlaması ilə bağlı iclas keçirəcək
- Qərb ölkələri BMT-dən Ukrayna ilə bağlı təcili iclas tələb ediblər
- HƏMAS BMT-nin atəşkəs qətnaməsi ilə razılaşdı
Rəylər