Rusiya Dövlət Dumasının və Federasiya Şurasının deputatlarına Avropa Parlamentinə giriş məhdudlaşdırıla bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Martin Şultsun aparatdakı mənbəsinə istinadən TASS bildirib.
“Dövlət Dumasının və Federasiya Şurasının nümayəndələrinin giriş üçün ərizələri individual qaydada baxılacaq”, - o bəyan edib.
Bundan başqa, Avropa Parlamentinin Aİ-Rusiya parlament əməkdaşlığı komitəsində iştirakı dayandırılacaq.
Avropa Parlamenti artıq Rusiyanın Avropa İttifaqı yanında daimi nümayəndəsini - Vladimir Çijovun Rusiyanın qara siyahısına cavab olaraq assambleyaya azad girişini məhdudlaşdırıb.