Desant qoşunlarının minə yaxın hərbçisi 2017-ci ildə Rusiya Federasiyasının sərhədlərindən kənarda təlimlərdə iştirak edəcəklər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin informasiya və kütləvi kommunikasiya departamentindən bildiriblər.
“Desantçılar öz imkanlarını Ermənistan, Nikaraqua və Belarus ərazisində nümayiş etdirəcəklər”, - hərbi nazirlikdən qeyd ediblər.
Müdafiə Nazirliyindən bildiriblər ki, beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində rusiyalı desantçılar xarici dövlətlərin silahlı qüvvələri ilə taktiki, komanda-qərargah, xüsusi-taktiki, terror əleyhinə təlimlərdə iştirak edəcəklər.
Hərbçilər onlara tanış olmayan poliqonlarda, müxtəlif landşaft-iqlim zonalarında əməliyyatlar keçirməlidirlər.
N.O.
www.oxu.az