“Yeni məşğulluq strategiyası hazırlanacaq”.
Oxu.Az xəbər verir ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Onun sözlərinə görə, gələn il qeyri-neft sektoru üzrə 7,4% artım proqnozlaşdırılıb: “2017-2020 turizm sektorunun 7,4% artacağı proqnozlaşdırılır.
İKT sektorunda artım isə gələn il 6,7% gözlənilir. Nəqliyyat sektorunda 2,9% artım proqnozlaşdırılır. 2017-ci ildə investisiyalar 15,3 milyard manat, xarici investisiyalar isə 9,2 milyard manat olacaq. 5,6 milyard manat qeyr-neft sektoruna investisiya yatırılacağı gözlənilir. Bir sıra infrastruktur layihələri davam etdiriləcək”.
Nazir bildirib ki, bankların 52 milyon manat əsas kredit borcu var: “Bu da Sahibkarlara Kömək Milli Fondunun kredit portfelində 5,7% təşkil edir.
Ölkədə yeni məşğulluq strategiyası hazırlanacaq. İşsizlikdə icbari sığorta yaradılacaq. Özünəməşğulluq proqramının icrası davam etdiriləcək”.
U.A.
www.oxu.az