Rusiya Müdafiə nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov çərşənbə axşamı, oktyabrın 4-də, Suriyaya “S-300” raket sisteminin göndərilməsi xəbərini təsdiqləyib.
Bu barədə Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
“Rusiyanın Suriya Ərəb Respublikasına “S-300” zenit raket sistemi göndərməsi barədə məlumatlar doğrudur”, - o deyib.
Onun sözlərinə görə, rəsmi Moskva bu xəbərlərin Qərbdə birmənalı qarşılanmamasını anlamır.
S.B.
www.oxu.az