İran hərbçiləri ölkənin qərbində silahlı qruplaşma ilə toqquşmada 12 terrorçunu zərərsizləşdiriblər.
Oxu.Az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunları komandiri Məhəmməd Pakpur deyib.
Onun sözlərinə görə, toqquşma İraqla sərhəddə yerləşən Kermanşah əyalətində baş verib.
Toqquşmada 3 iranlı hərbçi xəsarət alıb.
S.B.
www.oxu.az