Rəsmi Moskva Suriyada “S-300” raket komplekslərinin yerləşdirilməsi barədə qərarı ABŞ-ın ölkənin hava limanlarını qanadlı raketlərlə bombardman etmək niyyətində olmasına görə verib.
Oxu.Az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-i məlumat verib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov bildirib ki, Hmeymim və Tartusda yerləşdiriləcək “S-300” raket kompleksləri hərbçilərin təhlükəsizliyini təmin edəcək və tanınmayan hədəfləri vurmaq iqtidarında olacaq.
Pentaqonun məlumatında isə bildirilir ki, ABŞ Rusiyanın Suriyada “S-300” raket komplekslərinin yerləşdirilməsi ilə bağlı qərarına cavab tədbirləri görəcək.
S.B.
www.oxu.az