Dünya bazarlarında neftin qiyməti ucuzlaşıb.
Bu barədə Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,24% azalaraq bir barelə görə 51,87 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində isə WTI neftinin qiyməti 1 barelə görə 1,15% ucuzlaşaraq 49,86 dollara satılıb.
S.B.
www.oxu.az