Rusiya Ukraynanın aviaşirkətlərinin öz ərazisindən bir sıra ölkələrə tranzit reyslərini dayandırmaq barədə qərar qəbul edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev bildirib.
“Rusiya Ukrayna aviaşirkətlərinin RF-nin hava məkanından Gürcüstan, Azərbaycan, Ermənistan və Türkiyəyə tranzit reyslərini dayandırır”. – deyə, o, hökumətin iclasında bildirib.