Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rusiya XİN əcnəbilər üçün elektron vizaların etibarlılıq müddətinin artırılmasını təklif edib
Rusiya Xarici İşlər Nazirliyi (XİN) əcnəbilərə verilən elektron giriş vizalarının etibarlılıq müddətinin 60 gündən 120 günə qədər artırılmasını təklif edir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə qanunvericiliyə müvafiq dəyişikliklərə dair izahat qeydində bildirilir.
"Rusiya Federasiyasına giriş və Rusiya Federasiyasından çıxış qaydası haqqında" qanuna dəyişiklik edilməsi haqqında federal qanun layihəsində bir elektron vizanın qüvvədə olma müddətinin 60 gündən 120 günə, habelə xarici vətəndaşın Rusiya Federasiyasında icazə verilən qalma müddətinin 16 gündən 30 günə qədər artırılması nəzərdə tutulur", - məlumatda qeyd olunub.
Qeyd edək ki, Rusiyada vahid elektron viza sistemi 2023-cü il avqustun 1-dən fəaliyyət göstərir.
"Rusiya XİN" teqi üzrə xəbərlər
- Vladimir Putin Lavrovu yüksək mükafatla təltif etdi
- Rusiya XİN: "ATƏT-in Minsk Qrupu bərpa edilə bilməz"
- Zaxarova Valentina Matviyenkonun Bakıya səfərinin nəticələrindən danışıb
- Rusiya Azərbaycan və Ermənistan nümayəndələri arasında təmaslar üçün platforma yaratmağa hazırdır
- Rusiya XİN: "Makron Putinə zəng etmək əvəzinə, ictimai ritorika taktikasına üstünlük verib"