Moskvanın mərkəzində Rusiya XİN-in Diplomatik Akademiyasında yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Qeyd edilir ki, yanğına səbəb elektrik naqillərinin qapanmasıdır. Yanğın birinci mərtəbədə, akademiyanın yeməkxanasında baş verib. Hadisə yerinə FHN əməkdaşları cəlb edilib.
Hazırda binada təxliyə əməliyyatı aparılır.
N.O.
www.oxu.az