Rusiyanın Sankt-Peterburq şəhərində bədbəxt hadisə azərbaycanlının ölümü ilə nəticələnib.
Oxu.Az xəbər verir ki, bu barədə Life.ru saytı məlumat yayıb.
Məlumata əsasən, avqustun 31-də Admiralteysk rayonunda yerləşən mebel sexində lövhə 57 yaşlı Azərbaycan əsilli sex rəisinin üstünə düşüb.
Onun döş qəfəsinin ağır zədələrindən öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.