Rusiyanın Leninqrad vilayətində yerləşən Ust-Luqa qəsəbəsində boru xəttində meydana gələn partlayış nəticəsində üç şəxs həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə iyunun 12-də "İzvestiya" nəşrinin mənbəsi məlumat yayıb.
Bədbəxt hadisə səhər vaxtı Kinqisepp rayonu, Ust-Luqa qəsəbəsinin Lenrıba kvartalında qeydə alınıb. İlkin ehtimallara əsasən, boru xəttinin sınağı prosesində hermetikliyin pozulması baş verib və ardınca güclü partlayış sədası eşidilib.
İnsident nəticəsində ümumilikdə səkkiz şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan üçünün həyatını xilas etmək mümkün olmayıb. Baş vermiş faktla bağlı cinayət işi açılıb.