Rusiyada yanvarın 5-də dolların satış kursu 54 qəpik ucuzlaşaraq 59,92 rubldan ibarət olub.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, dollar ən son 2015-ci il iyulun 31-də 60 rubldan aşağı satılıb.
Rusiya valyutasının bahalaşmasına səbəb neftin qiymətinin 56,5 dollar/barelə yaxınlaşması və ölkəyə investisiya həcminin artması amilləri olub.
N.O.
www.oxu.az