Xəbər verdiyimiz kimi, Rusiya Baş Kəşfiyyat İdarəsinin keşmiş yefreytoru Nikita Belyankin Moskva ətrafı Putilkovo qəsəbəsində onlarla qafqazlı tərəfindən döyülərək öldürülb.
Məlumata görə, iyunun 1-də, saat 23:30 radələrində Belyankin sevgilisi ilə barın qarşısından keçərkən onlarla qafqazlının iki kişini döydüyünü görüb. Döyülənləri müdafiə etmək üçün ortaya atılan yefreytor ürəyindən bıçaqlanıb. O hadisə yerində keçinib.
Belyankini öldürən şəxsin Ermənistan vətəndaşı Qriqor Ohanyan olduğu müəyyənləşdirilib. REN TV kanalının məlumatına görə, Ohanyan qarşısında sözügedən qətl hadisəsinin baş verdiyi barın sahibidir. Hadisənin səhəri günü o ilk reyslə Yerevana uçub.
#ЭКСКЛЮЗИВ
— РЕН ТВ | Новости (@rentvchannel) 3 июня 2019 г.
Публикуем #ФОТО подозреваемого в убийстве бывшего спецназовца Никиты Белянкина в Подмосковье https://t.co/MwaaPnD2Ar pic.twitter.com/WukTb9TzSu
Hadisə şahidlərinin dediyinə görə, Belyankin döyülənlərə kömək eləmək üçün tapançasını çıxarıb və havaya iki dəfə atəş açıb.
Belyankinin həmin davada müdafiə etdiyi yaralı kişi - Aleksandr Orlov bildirib ki, hücum edənlər sərxoş olublar.
Kütləvi davada iştirak edənlərin kimliyi artıq müəyyənləşdirilib. Araşdırmalar davam edir.