Yakutiyada (Rusiya Federasiyası) 262,5 karat (52,5 q) ağırlığında almaz çıxarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə sentyabrın 9-da Rusiyanın "Alrosa" şirkətlər qrupunun mətbuat xidməti məlumat yayıb.
Qiymətli daş Saxa Respublikasının (Yakutiya) Anabarski rayonundakı Ebelyax almaz mədənində "Almazı Anabara" şirkətinin gecə növbəsi işçiləri tərəfindən aşkarlanıb. Tapıntı ekspertizaya göndərilib.
"Bu, son bir ildə Rusiyada tapılan ikinci böyük almazdır. 2023-cü il sentyabrın 10-da həmin Ebelyax yatağında çəkisi 390,7 karat (78,14 q) olan daha bir almaz tapılıb", - mətbuat xidməti əlavə edib.
Rəylər