Aralıq dənizinin Türkiyə sahillərində istirahət edən Rusiyanın Surqut vilayətindən olan cütlük hotelin nömrəsindən çıxarkən bəzi əşyaları özləri ilə götürüb.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, kleptomaniyadan əziyyət çəkən Rüstəm və Mariya Alanyadakı hoteldən, demək olar ki, nömrədə nə varsa, özləri ilə götürməyə çalışıblar.
Onların baqajından 14 ədəd tualet kağızı, 7 kq portağal, plastik qablara tökülmüş 5 litr Bayliss likörü, xalat, başmaq, dəsmal, şaftalı və hətta hotelin bağından kökü ilə birgə qoparılmış çiçəklər aşkar edilib.
Cütlük dəyən 231 dollar həcmində maddi ziyanı ödədikdən sonra hoteli tərk edib.
S.S.
www.oxu.az