Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rusiyalı generalın öldürülməsində şübhəli bilinən şəxslər saxlanılıb
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya qoşunlarının rəisi İqor Kirillov və onun köməkçisi İlya Polikarpovun ölümü ilə nəticələnən terror aktını törətməkdə şübhəli bilinən 29 yaşlı Özbəkistan vətəndaşı saxlanılıb.
Oxu.Az xəbər verir ki, məlumatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb
Qeyd olunur ki, generala qarşı sui-qəsd törədən şəxs Ukrayna xüsusi xidmət orqanları ilə əlaqədə olub.
O istintaqa verdiyi açıqlamasında qeyd edib ki, Ukrayna xüsusi xidmət orqanları tərəfindən fəaliyyətə cəlb edilib və onların göstərişi ilə Moskvaya gəlib. Daha sonra əldəqayırma partlayıcı qurğu ilə təmin edilib. Əldə etdiyi partlayıcını İqor Kirillovun evinin girişində saxladığı elektrik skuterinə yerləşdirib.
Bundan əlavə, saxlanılan şəxs hərbçinin yaşadığı ünvana nəzarət etmək üçün avtomobil icarəyə götürüb, orada "Wi-Fi" videokamera quraşdırıb və görüntülər Dnepr şəhərində (Dnepropetrovsk) təşkilatçılara onlayn olaraq təqdim edilib.
Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi general-leytenant İqor Kirillovun və onun köməkçisinin qətlində şübhəli bilinən iki nəfər saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "İzvestiya" agentliyinə informasiya məlumatlı mənbədən daxil olub.
Qeyd olunur ki, hazırda şübhəlilər dindirilirlər.
Xatırladaq ki, ötən gün Moskvanın Ryazanski prospektində baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisi öldürülüblər. Partlayış həmin şəxslər evdən çıxarkən baş verib. Partlayıcı qurğu evin yaxınlığında dayanan skuterdə quraşdırılıb.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Rusiya səmasında maraqlı işıqlar qeydə alındı
- Rusiyalı kişinin həbsxanaya düşmək "arzusu": Keçmiş sevgilisindən ona böhtan atmasını istədi
- Kerç boğazında batan tankerin ölü sayılan kapitanı sağ qalıb
- Sankt-Peterburqda fırıldaqçılar təqaüdçüdən 30 milyon rubldan çox pul oğurlayıblar
- Rusiyada sərxoş qadın 9 yaşlı uşağı vurub öldürdü
Rəylər