Terrorçular Rusiyanın Dəməşqdəki səfirliyini minaatanlardan atəşə tutublar.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə məlumat RF XİN-in rəsmi saytında yerləşdirilib.
“Oktyabrın 28-də Rusiyanın Suriyadakı səfirliyi minaatanlardan atəşə tutulub. Atəş silahlıların nəzarəti altında olan Cobar rayonu tərəfindən açılıb. Mərmilərdən biri səfirliyin binasının girişinin yaxınlığında, digəri isə səfirliyin ərazisindən kənarda düşüb”, - məlumatda deyilir.
Hadisə nəticəsində ölən və xəsarət alanların olmadığı bildirilir.
S.B.
www.oxu.az