Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 114 660 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 104 tank, 6 173 zirehli maşın, 2 090 artilleriya sistemi, 437 reaktiv yaylım atəşi sistemi, 219 hava hücumundan müdafiə sistemi, 286 təyyarə, 276 helikopter, 1 867 PUA, 723 qanadlı raket, 17 gəmi/qayıq, 4 846 avtomobil texnikası və avtosistern, 186 xüsusi texnikadan ibarətdir.
:640.jpg)