Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Sağlam yaşlanmağa gedən yol dörd növ məşqdən keçir
"Sağlam qocalmaq üçün dörd növ fiziki aktivliyi birləşdirmək lazımdır: aerobika, güc məşqləri, balans məşqləri və dartınma hərəkətləri".
Oxu.Az xəbər verir ki, bunu Gazeta.ru-ya tibb elmləri doktoru Kirill Proşayev deyib.
Mütəxəssisin sözlərinə görə, yalnız fiziki aktivliyə kompleks yanaşma qocalıqda sağlamlığı təmin edir:
"Aerobika hərəkətləri (qaçış, üzgüçülük, velosiped sürmək kimi) ürək-damar sistemini məşq etdirir, infarkt və insult riskini azaldır. Güc məşqləri sarkopeniyanın - skelet əzələ kütləsinin və əzələ funksiyasının yaşa bağlı itkisinin qarşısını almağa kömək edir".
Onun fikrincə, digər vacib fiziki hərəkət növü tarazlığı inkişaf etdirmək üçün məşqlərdir:
"Yaşa dolduqca müxtəlif səbəblərdən yıxılma riski artır və tarazlıq qabiliyyəti itirilə bilər".
Mütəxəssis əlavə edib ki, qocalıqda sağlamlığı qorumaq üçün aktiv həyat tərzinə riayət etmək lazımdır.
"Sağlam qocalma" teqi üzrə xəbərlər
- Məşhur amerikalı milyarder Baffetdən qocalığı ilə bağlı etiraf
- Bir stəkan limonlu və zəncəfilli suyun faydaları açıqlandı
- Qaragilənin xüsusən yaşlı insanlar üçün əvəzedilməz faydaları açıqlandı
- Üzümü qabıqlı yeyin - Qocalığı gecikdirən DOQQUZ MƏHSUL
- Uzunömürlülüyün sirri: Ürək sağlamlığı üçün həftədə optimal yumurta sayı açıqlandı