İyunun 22-də Qarabağa gələn Ermənistan prezidenti Serj Sarkisyan birbaşa təmas xəttinə yola düşüb.
Oxu.Az erməni KİV-ə istinadən xəbər verir ki, S.Sarkisyanı Qarabağ separatçılarının lideri Bako Saakyan müşahidə edib.
Ermənistan prezidentini yüksək rütbəli zabitlərinin iştirakı ilə müşavirə keçirib, təmas xəttindəki son vəziyyət ilə maraqlanıb.
16:20
Ermənistan prezidenti Serj Sarkisyan iyunun 22-də Dağlıq Qarabağa səfər etməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə diplomatik mənbəyə istinadən “İnterfaks” məlumat yayıb.
O həmçinin qeyd edib ki, Sarkisyan separatçı “DQR” rəhbərliyi ilə görüş keçirəcək və bir neçə rayonda olacaq.
Xatırladaq ki, iyunun 20-da Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Sankt-Peterburqda görüş keçiriblər. Görüşün yekunlarına görə, müştərək üçtərəfli bəyanat verilib.