Ermənistan prezidenti Serj Sarkisyan Rusiyada Ermənistanın yeni səfiri vəzifəsinə Vardan Toqanyanı təyin edib.
Oxu.Az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Ermənistan prezidenti Serj Sarkisyanın sərəncamı ilə ölkənin Rusiya Federasiyasında yeni fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə Vardan Toqanyan təyin edilir”, - Ermənistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Daha öncə prezidentin qərarı ilə Oleq Yesayan Ermənistanın Rusiyadakı səfiri vəzifəsindən azad edilib.
Yesayan 2010-cu ildən Ermənistanın Rusiyadakı səfiri vəzifəsində çalışır. KİV-in məlumatına görə, o yenidən Ermənistanın Belarusdakı səfiri vəzifəsinə təyin ediləcək. Yesayan 2006-cı ildən 2010-cu ilə qədər bu vəzifədə çalışıb.
Qeyd edək ki, Ümumrusiya Dövlət Teleradio Şirkətinin siyasi tok-şousunun məşhur aparıcısı Vladimir Solovyovun Yerevanda bu günlərdə mətbuat konfransında onun fəaliyyətinin zəif olmasında ittihamından dərhal sonra Ermənistanın Rusiyadakı səfiri Oleq Yesayanın istefası barədə xəbər yayıldı.
N.О.
www.oxu.az