Ermənistan prezidenti Serj Sarkisyan hakim Respublika partiyasının 16-cı qurultayında yenidən partiyanın rəhbəri seçilib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, açıq səsvermədə iştirak edən 1700-dən çox nümayəndənin hamısı yekdilliklə Sarkisyanı dəstəkləyib.
Qeyd edək ki, Sarkisyanın namizədliyini Yerevan meri Taron Marqaryan irəli sürmüşdür.
S.B.
www.oxu.az