Fransanın keçmiş prezidenti Nikola Sarkozi Sante həbsxanasına yerləşdirilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, sabiq dövlət başçısının maşını həbsxana ərazisinə daxil olub. Sarkozini vəkilləri müşayiət edib.
Qeyd olunur ki, Sarkozinin müdafiəçisi onun azadlığa buraxılması üçün vəsatət qaldırıb.
Sarkozi 2007-2012-ci illərdə Fransa prezidenti olub. O, 2007-ci ildə seçki kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi ittihamı ilə 5 il həbs cəzası alıb.