Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Şarl de Qollun nəvəsi Durovun saxlanılması ilə bağlı müəmmalı məqamların olduğunu bildirib
"Telegram" mesencerinin təsisçisi Pavel Durovun saxlanılması onu deməyə əsas verir ki, bu işdə siyasi məqamlar var".
Oxu.Az "Izvestiya" agentliyinə istinadən xəbər verir ki, bunu Fransanın keçmiş prezidenti general Şarl de Qollun nəvəsi, tanınmış iqtisadçı Pyer de Qoll deyib.
O xatırladıb ki, hələ bu ilin mart ayında Pavel Durov Fransa hüquq mühafizə orqanları ilə əməkdaşlıqdan imtina etdiyinə görə ona qarşı cinayət işi açılmışdı.
"O, bundan xəbərsiz ola bilməzdi. Ona görə də həbsinə orderin verilməsinə rəğmən Durovun Fransaya gəlməsi məni təəccübləndirdi", - deyə Pyer de Qoll vurğulayıb.
O, həmçinin "Telegram"ın qurucusunun Fransa lideri Emmanuel Makronla şəxsən tanış olduğunu və bu səbəbdən çox sürətli prosedur çərçivəsində 2021-ci ildə Fransa vətəndaşlığını aldığını xatırladıb.
"Pavel Durov" teqi üzrə xəbərlər
- Pavel Durov Paris məhkəməsində ilk dəfə dindirilib
- Pavel Durovun sevgilisi Dubayda adi gününün necə keçdiyini göstərdi
- "Telegram" istifadəçiləri üçün əla xəbər: Yeni videoyayım funksiyası gəlir
- Rəsmi Bakıdan Pavel Durov və Kemi Sebanın həbsinə münasibət
- İlon Mask Pavel Durovun "X" hesabına abunə olub
Rəylər