Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Kiyevdə görüşüb.
Bu barədə Zelenski “Telegram”da məlumat verib.
O, əvvəlcə Mişellə fotosunu dərc edib və Avropa Şurasının rəhbərini salamlamaqdan şad olduğunu bildirib, daha sonra görüşlə bağlı video yayımlayıb.
“Avropa Şurasının prezidenti Şarl Mişel ilə mənalı danışıqlar. Ukrayna və Avropa İttifaqı bizim tarixi yaxınlaşmamızda artıq əhəmiyyətli nəticələr əldə edib. Biz daha da böyük nailiyyətlər əldə etməyə çalışırıq”, - Zelenski yazıb.
“Ukraynalılar öz torpaqları, övladlarının gələcəyi üçün mübarizə aparırlar. Lakin onlar həm də bizim ümumi Avropa dəyərlərimiz olan sülh və firavanlıq uğrunda da mübarizə aparırlar. Onların bu dəstəyə ehtiyacı var və buna layiqdirlər”, - deyə o əlavə edib.
Qeyd edək ki, Şarl Mişel Rusiyanın hərbi təcavüzü fonunda Kiyevlə həmrəylik əlaməti kimi 2022-ci ilin aprelində Ukraynaya səfər etmişdi.