Fransız alimləri QİÇS-ə qarşı dərman hazırlayıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, onların hazırladığı həb QİÇS-ə yoluxma riskini 90 faiz azaldır.
Alimlər qeyd edir ki, artıq dərman insanlar üzərində uğurla yoxlanılıb.
Yoluxmanın qarşısını almaq üçün dərmanı cinsi əlaqəyə girən zaman qəbul etmək lazımdır.
Qeyd edək ki, hazırda 34 milyon adam bu ölümcül xəstəliyin daşıyıcısıdır.
E.Ə.